Maraqlı təklif də var...
"Ölkədə fərqli növ və kifayət qədər peyvənd olarsa, onlardan hansının istifadəsi ilə bağlı seçim imkanı vətəndaşların ixtiyarına verilə bilər".
TurpKimi.com xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?” verilişinə müsahibəsində TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, hazırda ölkədə peyvənd məhdud sayda olduğu üçün belə bir qərar nəzərdə tutulmayıb.
V. Əliyev "AstraZeneca” peyvəndinin laxtalanmaya səbəb olması barədə yayılan iddialara da cavab verib:
"ÜST və "AstraZeneca” şirkəti birgə bəyanat yayaraq bildirdilər ki, bu peyvənddən yaranan yan təsirlər toplumda görünən yan təsirlərdən artıq deyil. Biz ÜST-ün verdiyi tövsiyə əsasında hərəkət edəcəyik. Əgər gələcəkdəki araşdırmalarda onun təhlükəli olduğu təsdiq olunarsa, təbii ki, Azərbaycan da bu peyvənddən istifadə etməz”.
Vasif Əliyev onu da qeyd edib ki, hazırda ölkədə tətbiq edilən "KoronoVAK” peyvəndin Britaniya ştammına da təsiri var.
TurpKimi.com