Azərbaycan əhalisinin sayı açıqlandı


Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

azerbaycan-ehalisinin-sayi-aciqlandi-1-2
14.04.2021 15:46 1 dəq oxuma

Dövlət Statistika Komitəsindən TurpKimi.com-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 7 994 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 127 127 nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1 000 kişiyə 1 002 qadın düşür.

TurpKimi.com