Azərbaycan əhalisinin sayı açıqlanıb


Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında bu il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 163 176 nəfər təşkil edib.

azerbaycan-ehalisinin-sayi-aciqlanib-1-2-3
11.10.2023 17:50 1 dəq oxuma

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.