Azərbaycan polisi sürücülərə spirt payladı

Aksiya çərçivəsində ümumilikdə 200-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanılıb.

azerbaycan-polisi-suruculere-spirt-payladi
20.03.2020 23:56 1 dəq oxuma

Masallı Rayon Polis Şöbəsi tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı ölkəmizdə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq nəcib aksiya keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Medicina.az-a verilən məlumata görə, Masallı Rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanılıb.

Vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çadırılıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.
Sürücülər bu nəcib aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Aksiya çərçivəsində ümumilikdə 200-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanılıb.

Aksiya Masallı Rayon Polis Şöbəsində davam etdirilib. Şöbənin inzibati binasına gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya olunması və tibbi maska ilə təmin olunması həyata keçirilib.