2019-cu ildən indiyə qədər Azərbaycanda 202 uşaq övladlığa verilib.
Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.
O bildirib ki, onlardan 104 nəfər oğlan, 98-i qızdır: “Bu ilin aprelin 1-ə kimi isə 54 uşaq övladlığa verilib”.
F.Ağayev söyləyib ki, sosial xidmət müəssisələrində olan valideyn himayəsindən məhrum olmuş 1575 uşağın uçotu aparılıb. Onun sözlərinə görə, onlardan 625 qız, 490 oğlandır: “Həmin uşaqların uçotu aparılaraq elektron bazaya yerləşdirilir. Uşaqlar haqqında məlumatları oradan əldə etmək mümkündür”.