Bu gün Operativ Qərargah iclas keçirib və müəyyən yumşalmalara gedildiyi haqda məlumat verilib.
Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.
Onun sözlərinə görə, eyni zamanda, Bakı metrosu mayın 31-dən fəaliyyətini bərpa edəcək.
İyunun 10-dan iri ticarət mərkəzləri açılır
İyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək.
Karantin qaydalarına uyğun olaraq maska taxılması və məsafənin qorunması vacibdir.
İyunun 10-dan etibarən çimərliklərin fəaliyyəti bərpa edilir.
"Burada ötən ilki qaydalar tətbiq olunacaq”, - o bildirib.
Azərbaycanda idman zallarının açılmasına razılıq verildi
Azərbaycanda iyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
İyunun 10-dan İbadət yerlərinin fəaliyyətinə icazə veriləcək.
Müvafiq məhdudlaşmalar nəzərə alınmaqla açılma olacaq: "Təbii ki, yenə də maska, məsafə və say hədlərində məhdudiyyətlər olacaq".
Bakı metrosunun fəaliyyəti və regionlara nəqliyyatın hərəkəti bərpa olunur
Mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunacaq.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Bundan başqa, onun sözlərinə görə, həmin tarixdən regionlara da nəqliyyatın fəaliyyəti bərpa ediləcək.
TurpKimi.com