Azərbaycanda bu il uşaqlara ən çox qoyulan adlar


Azərbaycanda bu il doğulan körpələrə ən çox qoyulan adlar məlum olub.

azerbaycanda-bu-il-usaqlara-en-cox-qoyulan-adlar
11.08.2021 21:36 1 dəq oxuma

Bu barədə Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.

O bildirib ki, bu il ölkədə ən çox qoyulan oğlan adları Əli (831), Yusif (821), Uğur (797), Hüseyn (791), Məhəmməd (593) olub.

Qızlarda isə Zəhra (912), Zeynəb (701), Məryəm (646), Aylin (645), Mələk (617) ən çox qoyulan adlardır.