Azərbaycanda COVID-19-a qarşı ilk kimlər vaksinasiya olunacaq?


Azərbaycanda ilkin olaraq koronavirusa qarşı vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb.

azerbaycanda-covid-19-a-qarsi-ilk-kimler-vaksinasiya-olunacaq
16.12.2020 19:56 1 dəq oxuma

Bu barədə Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev "Real TV"yə müsahibəsində məlumat verib.

O bildirib ki, ilk olaraq tibb sahəsində çalışanlar vaksinasiya olunacaq:

“Çünki onlar onlarla infeksiya ilə üzbəüzdürlər. Onların bu xəstəliyə yoluxma riskləri olduqca böyükdür. Daha sonra isə yaşı 65-dən çox olan şəxslər vaksinasiya olunacaq. Eyni zamanda müxtəlif xəstəliyi olan şəxslər də vaksinasiya ediləcək”.

O həmçinin qeyd edib ki, hamiləliyin bəlli bir müddətindən sonra hamilə qadınlar da vaksinasiya oluna bilər.