Azərbaycanda əhalinin əksəriyyəti bu qan qrupuna aiddir


Maraqlı fakt

azerbaycanda-ehalinin-ekseriyyeti-bu-qan-qrupuna-aiddir
02.09.2019 18:42 1 dəq oxuma

Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların çoxunun qanı 1 və 2-ci qruplardır.

Bunu Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, dünyada mənfi qan rezusuna malik olan insanların sayı daha az olur. İnsanların 85 faizi müsbət qan rezusuna malik olduğu halda, 15 faizinin qanı mənfi rezus olur: “3 və 4-cü qan qrupu olan insanların sayı azdır. Ona görə mənfi 3, mənfi 4 qan qrupları olan insanların sayı da az olur. 1 və 2-ci qan qrupuna malik olan insanların sayı daha çoxdur. Buna görə donorlar arasında 1 və 2-ci qrup insanların sayı daha çoxdur”.

Z.Əlimirzəyeva əlavə edib ki, mənfi və müsbət rezus qan qrupları keyfiyətinə görə fərqlənmirlər. Qanın mənfi və müsbət olması insanların sağlamlığında rol oynamır: “Sadəcə olaraq, bu, yalnız qan qanköçürmə zamanı əhəmiyyətlidir. Mənfi qan qrupunu müsbət qana köçürmək olar. Amma müsbət rezusu mənfi rezuslu qana vurmaq olmaz”.

Trend.az / TurpKimi.com