Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı


Əksəriyyət "İnstagram"dan danışır, amma göstərici başqadır...

azerbaycanda-en-cox-istifade-olunan-sosial-sebeke-aciqlandi
04.01.2022 14:35 1 dəq oxuma

2021-ci ilin dekabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı noyabr ayı ilə müqayisədə 3,1 faiz bəndi artıb.

"Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ilin yanvarın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 58,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 37,8 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı dekabr ayı ərzində 4,5 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin yanvar ayının 1-nə 10,35% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 12,6 faiz bəndi azdır.

Ötən ilin dekabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 1,4 faiz bəndi azalıb. 2022-ci ilin yanvarın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 10,3% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 8,91, "Twitter" – 7,52%, "VKontakte" – 1,88%, “Tumblr” – 1,6%, və s.

APA / TurpKimi.com