Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları
Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar verib.
Müəyyən edilib ki, bu qərar dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin, banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.
Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Azərbaycan Respubikası Nazirlər Kabinetinin Aparatı
Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikasının Baş Prokurorluğu
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Azərbaycan Respublikasının Ədliyə Nazirliyi
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikasının Energetika Nazirliyi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Hesablama Palatası
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
“Azəriqaz” İstehsalat Birliyi
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı
Qeyd edək ki, Nazirlər Kabinetinin 12 mart tarixli qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilmiş, Novruz bayramında 9 gün qeyri-iş günü müəyyənləşmişdi.
Belə ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günü olub. 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildiyi və 28 mart şənbə gününə təsadüf etdiyi üçün isə Novruz bayramında 9 gün iş müəyyənləşmişdi.