Azərbaycanda güclü külək əsəcək


Güclü küləklə bağlı xəbərdarlıq edildi.

azerbaycanda-guclu-kulek-esecek
03.12.2021 13:39 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Turpkimi.com xəbər verir ki, dekabrın 5-6-da Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 5-6-da ölkə ərazisində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.