Azərbaycanda hansı avtomobillərin qiyməti artdı? - VİDEO


Azərbaycanda 1 il ərzində mühərrikinin həcmi 2,5 litrdən yuxarı olan maşınlara tələbat azalıb. Artıq sürücülər pullarını bahalı benzin və lüks avtomobillər uğrunda xərcləmək istəmir.

azerbaycanda-hansi-avtomobillerin-qiymeti-artdi
06.12.2021 14:05 1 dəq oxuma

İndi daha sərfəli – dizel yanacağı və ya qazla işləyən maşınlara üstünlük verilir. Amma bu cür avtomobillərin ekologiyaya ziyan vurduğu da məlum məsələdir.

Nəzərə alsaq ki, bəzi sürücülər avtomobillərə kustar üsulla qaz çəni quraşdırır, məsələ daha ciddi görünür. Bütün bunları düşünən hökumət çıxış yolları axtarmağa başlayıb. Belə ki, hibrid avtomobillərə marağı artırmaq məqsədilə onlar növbəti 3 ildə ƏDV-dən azad edilib. Bəs bu qərardan sonra nələr olacaq?

Ətraflı İTV-nin hazırladığı videomaterialda izləyə bilərsiniz: