Azərbaycanda hava kəskin dəyişəcək - Nazirlikdən XƏBƏRDARLIQ


Ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

azerbaycanda-hava-keskin-deyisecek
05.02.2020 10:04 1 dəq oxuma

Anomal isti hava şəraitindən sonra fevralın 7-dən ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

TurpKimi.com bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, Bakıda fevralın 7-dək havanın temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir. Lakin anomal isti hava şəraitindən sonra çox uzun olmasa da, ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

U.Tağıyeva əlavə edib ki, fevralın 7-də axşam saatlarından başlayaraq, şimal-qərb küləyinin sürəti artacaq. Fevralın 8-dən fevralın 10-u səhərədək şimal-qərb küləyinin sürəti saniyədə 30-35 metrədək güclənəcək. Fevralın 9-da havanın temperaturunun enməsi fonunda sulu qar və qar yağacaq.

Respublikanın yollarının, xüsusilə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.