Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-si saat 00:00-dan "Hərbi vəziyyətin ləğv olunması haqqında" Fərmanının təsdiq edilməsi məsələsi Milli Məclisdə müzakirə olunacaq.
Məsələ Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, hərbi vəziyyət sentyabrın 28-dən tətbiq edilirdi. Belə ki, sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Vətən müharibəsi edib.
TurpKimi.com