Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb


Virus həddən artıq yoluxucudur. Ağır diareya törədir.

azerbaycanda-insanlar-arasinda-kutlevi-virus-yayilib
30.07.2022 22:45 1 dəq oxuma

"Son günlərdə uşaq və gənclər arasında kütləvi şəkildə yayılan baş və qarın ağrısı, ürəkbulanma, qusma, qızdırma və ishal halları rotaviruslarıdır. Rotaviruslar çox yoluxucu bir xəstəlikdir, ribonuklein turşusu daşıyıcısı virusudur”.

Bunu "Report”a açıqlamasında tibbi elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, bu virus mövsümi olaraq kütləvi şəkildə yayılır və sonra yoxa çıxır:

"Virus həddən artıq yoluxucudur. Ağır diareya törədir. Uşaqların bədənin su tutumu az olduğuna görə, ishaldan sonra bədən susuzlaşır və onlar adətən xəstəxanaya susuzlaşmış bədənlə daxil olurlar”.

A.Qeybulla vurğulayıb ki, virus daha çox inkefsion xəstəliklərin göstəriciləri ilə müşahidə olunur:

"Bu virusu zəhərlənmə və qida toksik infenksiyaları ilə qarışdırmaq olmaz. Çünki bu infeksiyalar adətən nadirən olur. Virus eyni qidadan yeməyən şəxslər arasında müşahidə edilir”.

Professor qeyd edib ki, bu kimi hallarda ilkin tibbi yardım olaraq valideynlər uşaqlara apteklərdə satılan "Rehidron” duzunun həll olunmuş formada verməlidir ki, onlarda su maddəsi pozulmasın: "Daha sonra həkimə müraciət etmək lazmdır”.

TurpKimi.com