Azərbaycanda koronavirusa üç dəfə yoluxan şəxs var...


Artıq ölkədə ikinci dəfə yoluxanlar var...

azerbaycanda-koronavirusa-uc-defe-yoluxan-sexs-var
30.04.2021 16:57 1 dəq oxuma

“Azərbaycanda koronavirus infeksiyasına ikinci dəfə yoluxma faktları qeydə alınıb. Hətta 1 nəfərdə üçüncü dəfə yoluxma halını şəxsən müşahidə etmişəm”.

TurpKimi.com xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov “Stasionar şəraitdə COVID-19” mövzusunda danışarkən deyib.

O qeyd edib ki, xəstənin virusu necə keçirəcəyi bədənin ümumi vəziyyəti, immun sistemi, virus yükünün nə qədər olması və digər hallardan asılıdır: “Dünya statistikasında birinci dəfə xəstəliyi yüngül keçirən, ikinci dəfə vəfat edən şəxslər var. Həmçinin ilk dəfə ağır, növbəti dəfə xəstəliyi yüngül keçirənlər də olub".

R.Qasımov bildirib ki, COVID-19-a yoluxan şəxslərdə virus yükü nə qədər az olsa, xəstəliyi rahat keçirər: “Virus orqanizmə nə qədər çox daxil olarsa, o şəxslər xəstəliyi daha ağır keçirir”.

Report.az / Turpkimi.com