Azərbaycanda koronavirusa yoluxanların bu günki statistikası


Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

azerbaycanda-koronavirusa-yoluxanlarin-bu-gunki-statistikasi-1
24.03.2020 18:27 1 dəq oxuma

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan  verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2 126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.