Azərbaycanda koronavirusa yoluxanların rayonlar üzrə statistikası


Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası məlum olub.

azerbaycanda-koronavirusa-yoluxanlarin-rayonlar-uzre-statistikasi
03.04.2020 22:28 1 dəq oxuma

 "Koronainfo.az"  saytı xəbər verir ki, infeksiya daşıyıcıları ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12). 

Bundan başqa, Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1) koronavirusa yoluxma halı qeydə alınıb.

Eyni zamanda infeksiya daşıyıcılarının 98 (26,4%) nəfəri ölkə xaricindən gələnlərdir.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.

TurpKimi.com