Azərbaycanda koronavirusa yoluxma ən çox harda qeydə alınıb? - RƏSMİ


Yoluxmanın yüksək olduğu şəhər və rayonlar...

azerbaycanda-koronavirusa-yoluxma-en-cox-harda-qeyde-alinib
29.05.2020 23:23 1 dəq oxuma

Azərbaycanda koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində yoluxma 13, 6 faiz, Aran bölgəsində 11,1 faiz, Lənkəranda 9.2 faiz təşkil edir.

Ramin Bayramlı bildirib ki, Bakıda yenə Yasamal rayonunda yoluxma çoxluq təşkil edir: "Bu günə qədər Gəncədə 481, Sumqayıtda 250 yoluxma faktı qeydə alınıb".

TƏBİB sədri vurğulayıb ki, yoluxma yüksək olan rayonlar Masallı, Xaçmaz, Beyləqan, Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdir: "Bu ərazilərin sakinlərinin qaydalara ciddi əməl etmələrini tövsiyə edirik".

Qaynarinfo.az / TurpKimi.com