Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlandı


Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb.

azerbaycanda-mekteblilerin-qis-tetili-gunleri-aciqlandi
30.12.2019 19:47 1 dəq oxuma

Təhsil Nazirliyindən verilən məlumata görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Qeyd edək ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

- 5 gün payız tətili (16-20 noyabr);
- 5 gün qış tətili (27-31 yanvar).

- İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

TurpKimi.com