Azərbaycanda qadın hakimlərin sayı artır


Bu gün birinci instansiya məhkəmələrinə təyin olunan hakimlərin əksəriyyətini qadın hakimlər təşkil edir.

azerbaycanda-qadin-hakimlerin-sayi-artir
11.10.2023 17:34 2 dəq oxuma

Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncamına əsasən 32 yeni hakim təyin olunub ki, onların da 17-i qadın hakimlərdir.

Bu da ölkəmizdə məhkəmə-hüquq sistemində gender bərabərliyinin təmin olunmasının, qadınların ictimai həyatın müxtəlif sahələrində olduğu kimi, bu sahədə də fəallığının təzahürü kimi qiymətləndirilə bilər.

Yeni təyin olunan qadın hakimlərin siyasını təqdim edirik:

1. Məmmədova Esmira Qərib qızı - Lənkəran Ağır Cinayətlər Məhkəməsi
2. Əliyeva Leyla Kamil qızı - Gəncə İnzibati Məhkəməsi
3. Həbibova Könül Əbülfəz qızı - Sumqayıt İnzibati Məhkəməsi
4. Qurbanova Pərvanə Tahir qızı - Şirvan İnzibati Məhkəməsi
5. Musayeva Vüsalə Vahid qızı - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi
6. Əliyeva Starə Vidadil qızı - Bakı şəhəri Nizami Rayon Məhkəməsi
7. Rzayeva Fəridə İslam qızı - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi
8. Mürsəlova Aygün Mayıl qızı - Ağdaş Rayon Məhkəməsi
9. Xanməmmədova Liza Əliəşrəf qızı - Gəncə Şəhər Məhkəməsi
10. Qurbanova Gülnaz İntiqam qızı - Göyçay Rayon Məhkəməsi
11. Abiyeva Nərmin Mirhəsən qızı - Xaçmaz Rayon Məhkəməsi
12. Əliyeva Aynur Məhəmməd qızı - Xaçmaz Rayon Məhkəməsi
13. Quliyeva Güləndam Gündüz qızı - Mingəçevir Şəhər Məhkəməsi
14. Əliyeva Vəsilə Əlövsət qızı - Salyan Rayon Məhkəməsi
15. Şirəliyeva Vəfa Zavrulla qızı - Sumqayıt Şəhər Məhkəməsi
16. Mirzəfərova Könül Murtuz qızı - Şabran Rayon Məhkəməsi
17. Məmmədli Aydan Zakir qızı - Şirvan Şəhər Məhkəməsi