Azərbaycanda rayon və şəhərarası sərnişindaşıma fəaliyyəti dayandırıldı


Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.

azerbaycanda-rayon-ve-seherarasi-sernisindasima-fealiyyeti-dayandirildi
23.03.2020 21:23 1 dəq oxuma

Bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.