Mərkəz faktı təsdiqləyib.
1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan 10 işçidə koronavirus aşkarlanıb.
Məlumatı Mərkəzdən Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, koronavirus testinin nəticələri müsbət çıxan 10 nəfərin tibb müəssisələrində müalicələrinə başlanılıb:
"Klinikanın 10 əməkdaşında koronavirus aşkarlanıb. Onlar arasında tibb bacıları, laborant və xadimələr var. Hazırda onlar müvafiq tibb müəssisələrinə yerləşdiriliblər”.
TurpKimi.com