Azərbaycanda tibbi maskaların qiymət artımı ilə bağlı - RƏSMİ AÇIQLAMA


İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib.

azerbaycanda-tibbi-maskalarin-qiymet-artimi-ile-bagli
24.02.2020 21:44 1 dəq oxuma

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib: 

"Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək".

TurpKimi.com