Azərbaycanda unun tərkibi zənginləşdiriləcək


Azərbaycanda unun zənginləşdirilməsinə başlanılacaq.

azerbaycanda-unun-terkibi-zenginlesdirilecek
13.07.2023 23:43 1 dəq oxuma

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qida məhsullarının zənginləşdirilməsinə dair qərar Nazirlər Kabineti tərəfindən təsdiq olunub:

"Bu çərçivədə UNİSEF-lə birlikdə unun zənginləşdirilməsinə dair formul müəyyənləşdirilib. Pilot olaraq bu istiqamətdə şirkətlərlə danışıqlar aparılıb və razılıq əldə olunub. Bununla da əhali arasında dəmir defisiti, anemiyanın qarşısı alınacaq". (Report)