Avqustun 20-də keçirilən brifinqdən açıqlama...
"Uşaqların vaksinasiyası ilə bağlı araşdırmalar aparılır və bəzi ölkələrdə prosesə başlanılıb".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
“Bunu biz də müzakirə etmişik və hələ ki, düşünülmür. Beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənəndən sonra ictimaiyyətə məlumat veriləcək”, - o bildirib.
Report.az / TurpKimi.com