Azərbaycanın dörd cüdoçusu Avropa çempionu oldu


Azərbaycanın dörd cüdoçusu Avropa çempionu olub, biri bürünc medal qazanıb.

azerbaycanin-dord-cudocusu-avropa-cempionu-oldu
22.06.2023 22:09 1 dəq oxuma

Azərbaycanın qadın cüdoçusu Vüsalə Hacıyeva Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 48 kq-da yer alan idmançı finalda israilli Libi Bekkerə qalib gələrək birinci yeri tutub.

Bundan başqa, 60 kq-da çıxış edən Məhəmməd Musayev həlledici qarşılaşmada macarıstanlı Sebastyen Kolları yenərək Avropa çempionu olub.

Beləliklə, Azərbaycan cüdoçuları yarışın ilk günündə 4 qızıl və 1 bürünc medal əldə ediblər. Vüsalə Hacıyeva və Məhəmməd Musayevdən əlavə, Məhəmməd Məmişov (50 kq) və Mirxaliq İskəndərov (55 kq) də qitə çempionu olub, 55 kq-da mübarizə aparan digər idmançı Əhməd Rüstəmov isə bürünc medal qazanıb.