Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid anası Nurcahan Hüseynova vəfat edib.
Bu barədə "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu bildirib.
"Nurcahan xanımı yaxından tanıyıyırdım. Yeganə oğlu Elxan Hüseynov I Vətən müharibəsində şəhid olub.
O, ilk snayperçi xanım kimi Azərbaycan Silahlı Qüvvələrinin tarixində özünə yer qazanıb.
Son vaxtlar Türkiyənin Giresun vilayətində yaşayırdı",-deyə Ş.Sabiroğlu qeyd edib.
Allah rəhmət eləsin!