Azərbaycanlı alimin COVID-19-a qarşı hazırladığı vaksin istehsal edilə bilər


Azərbaycanlı alim Tərlan Məmmədov...

azerbaycanli-alimin-covid-19-a-qarsi-hazirladigi-vaksin-istehsal-edile-biler
08.07.2021 16:21 1 dəq oxuma

“COVID-19 infeksiyası vaksin hazırlanması texnikasında sürətli irəliləyişlərə səbəb oldu. ÜST-ün COVID-19 vaksinləri ilə bağlı saytı var və hər kəs oradan hansı vaksinlərin sınaq mərhələsində olduğunu görə bilər”.

TurpKimi.com xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, hazırda insanlar üzərində yoxlanılan, yəni klinik sınaqlardan keçirilən 100-dən çox vaksin var:

“Lakin laboratoriya şəraitindən yoxlanılan 180-ə yaxın vaksinlər var. AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun hazırladığı vaksin bu siyahıya daxil edilib. Əgər onların hazırladığı vaksin kliniki sınaq mərhələsindən keçərsə, gələcəkdə onun istehsalı da mümkün ola bilər”.

TurpKimi.com