Azərbaycanlı gənc Harvard Universitetində işləyəcək


Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başladı.

azerbaycanli-genc-harvard-universitetinde-isleyecek
11.03.2024 21:39 1 dəq oxuma

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb.

O, bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutunda professor (tenure-track) vəzifəsində çalışıb.

Qeyd edək ki, Röya Talıbova 2007-ci ildə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər və avropaşünaslıq” ixtisası üzrə bakalavr təhsili bitirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə  Harvard Universitetində "Dövlət idarəetməsi” ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib.

R.Talıbova 2015-2022-ci illərdə isə Miçiqan Universitetinin Statistika departamentində magistratura, Siyasi elmlər və elmi hesablamalar departamentində isə doktorantura təhsili alıb.