Azərbaycanlı iki qız şagird tarixə düşdülər!


Dünyanın ən yaxşı universitetinə qəbul oldular!

azerbaycanli-iki-qiz-sagird-tarixe-dusduler
15.03.2023 22:16 1 dəq oxuma

"4 ildə 3-cü tələbəmiz Dəniz Sattarli (Barış-2020, Salman-2022) dünyanın ən yaxşı universiteti Massaçusets Texnologiya İnstitutuna (MİT) bakalavr üzrə qəbul oldu. Dəniz həm də ölkəmizdən bu universitetə bakalavr üzrə daxil olan ilk qız məktəblidir".
 
Bu barədə "ROOF Academic Training” tədris mərkəzinin təsisçisi və icraçı direktoru Rüfət Hüseynzadə sosial şəbəkə hesabında yazıb."Müstəqilliyimizin bərpasından sonra 28 il ərzində ölkəmizdən MİT-yə bakalavr üzrə cəmi bir qəbul var idi, son 4 ildə isə 3 tələbəmiz qəbul aldı", deyə Rüfət Hüseynzadə bildirib.
 
Qeyd edək ki, 16 yaşlı Dəniz Səttarlı tam təqaüdlə Kimya Mühəndisliyi üzrə bakalavr səviyyəsinə daxil olub. Daha bir şagirdimiz Massaçusets Texnologiya İnstitutuna qəbul olunub.
 
Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva da Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul alıb. F.Qarayeva riyaziyyat fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olub. (Azxeber.com)