Sağlamlıq üçün faydalı sandığımız qidalar daha çox istehlak edildikdə ölümə aparan xəstəliklərin yaranmasına səbəb ola bilər. Həyatda hər bir məsələdə ölçülü olmaq lazımdır. Bu istehlak etdiyimiz qidalara da aiddir.
TurpKimi.com həddindən artıq istifadə edilməməsi lazım olan qidaların adlarını təqdim edir:
Qara çay
Qara çayda olan oksalat kalsium mineralının sorulmasını əngəlləyən maddədir. Oksalat tərkibli yemək və içkilərdən çox çox qəbul etdikdə böyrəklərdə problem yaranır, böyrək daşının yaranmasına daha çox səbəb olur. Mütəxəssislər gündə 4 fincan çay içməyi məsləhət görür.
Soya sousu
Hipernatremia qanda sodium/duz miqdarının artması deməkdir. Qan dövranında çox miqdarda duz olduqda duz sıxlığını azaltmaq üçün orqanizm digər orqanlardan, beyin də daxil olmaqla su çəkir.
Beyin öz suyunu itirərsə, kiçilir və qan sızmağa başlayır. Ona görə də, soya sousu kimi sodium baxımından zəngin qidaları istehlak edərkən ölçüyə diqqət etmək lazımdır.
Ton balığı
Xam, bişmiş, ya da konserv halında olan ton balığında civə var. Əslində balıq növlərinin çoxunda civə olur. Böyük, yırtıcı balkıqlarda isə civə sayı bir o qədər də çoxdur. İnsanlar üçün zəhərli maddə olan civə çox miqdarda qəbul edildikdə orqanizmdə zəhərlənməyə səbəb olur. Zəhərlənmənin ilkin əlamətləri barmaqlarda zəiflik və süstlük hissi, titrəmə və görmə problemlərinin yaşanmasıdır. Uzun müddətli civə zəhərlənmələrində yaddaş zərər görür, öyrənmə prosesi zəifləyir.
Turpkimilər fəsiləsi
Brokkoli, Brüssel kələmi, qırmızı kələm kimi turpkimilər fəsiləsinə aid qidalarda minerallar və antioksidant çoxdur. Amma ürəkdə və ya qalxanabənzər vəzidə (zop) problem varsa, bu ərzaqları istəməyə bilərsiz. Çünki bu qidalarda yüksək miqdarda qan laxtalandıran K vitamini və hormonların işini ləngidən guatrojenik maddələr olur.
Vüsalə Əlövsətqızı, TurpKimi.com