AzTV Şuşada yayıma başlayıb


Azərbaycan Televiziyası (AzTV) teleməkanda ilk dəfə Şuşa şəhərində yayıma başlayıb.

aztv-susada-yayima-baslayib
25.12.2020 22:25 1 dəq oxuma

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür.

“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”, - deyə şöbədən bildirilib.

Bundan başqa, AzTV-nin Şuşa bürosunun yaradılması da nəzərdə tutulur.