Ağdaş rayonunda azyaşlı uşaq civədən zəhərlənib.
Hadisə rayonun Yuxarı Ləki kəndində baş verib.
Belə ki, 4 yaşlı B.N. adlı uşaq evdə termometri sındırıb və içindəki civəni içərək zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)