Azyaşlı uşaqlar arasında epidemiya yayılıb


Uşaqlar arasında yayılan xəstəlik epidemiya halını alıb.

azyasli-usaqlar-arasinda-epidemiya-yayilib
06.04.2022 16:58 1 dəq oxuma

"Son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishal müşahidə edilir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, xəstəxanaya müraciət edən uşaqlar müayinə olunur və rotavirus olması aşkarlanırsa, onlara uyğun müalicə yazılır:

"Hazırda bu hallar epidemiya şəklindədir və 5 yaşlı uşaqlarda daha çox rast gəlinir. Xəstəlik böyük yaşlarda da müşahidə edilsə də, onlar yüngül keçirirlər.

Uşaqlardakı simptomlar bir həftədən bir aya qədər davam edə bilər”. (Report)