Babasildən əziyyət çəkənlər üçün ipucu  - Hər gün...


Babasil günümüzdə tez-tez rast gəlinən  xəstəliklədən biridir. 

babasilden-eziyyet-cekenler-ucun-ipucu
14.07.2019 23:04 3 dəq oxuma

Adətən xəstələr utandıqları üçün həkimə getməkdən çəkinirlər. Bu da təəssüf ki, problemin həllini həm çətinləşdirir, həm də gecikdirir. Bir çox insan bu xəstəliyi həyatının bir parçası kimi qəbul etməklə yanlış  təsəvvürə  malikdir. 

TurpKimi.com xarici mediaya istinadla Türkiyə Proktologiya Mərkəzinin Sədri Prof. Dr. Bülent Menteşin babasil xəstəliyi və müalicə üsulları haqqında verdiyi məlumatı təqdim edir:

Babasil, anal kanalda yəni mədə bağırsaq sisteminin yekunlaşdığı hissədə normal insan anatomiyasında da mövcud olan damarla zəngin yastıqçıqların sallanmaları, degenerasiya olub şişmələri və qanaması ilə özünü göstərən çox geniş yayılmış bir xəstəlikdir. Yoğun bağırsaq çatı, fistul, ziyil kimi bütün anal problemlər cəmiyyətdə adətən babasil adlandırılır, ancaq bu ayrı-seçkiliyin həkim tərəfindən aparılması və təşxisin düzgün qoyulması vacibdir.

 
 

XƏSTƏLƏR UTANDIQLARI ÜÇÜN HƏKİMƏ GEC MÜRACİƏT EDİR

Babasil xəstələri utanıb çəkindikləri üçün adətən həkimə çox gec müraciət edir. Bununla belə xəstələr əməliyyat qorxusu səbəbi ilə həkimə getməkdən qaçınırlar. Anal bölgə çox həssas toxuma quruluşuna malik olduğu üçün cərrahi əməliyyatlar az və ya çox ağrı və həssaslığa səbəb olur.  Ancaq müasir texnologiyalar və təcrübəli mütəxəssislərin köməyilə əməliyyatlar olduqca komfortlu şəkildə reallaşdırılır.  Yenə də zərurət olmadıqca əməliyyat seçilmir. Həkimə müraciət edən xəstələrin yalnız 10 faizi əməliyyat olur. Babasil problemini həkimə getmədən müxtəlif məlhəm, krem və şamlardan istifadə edərək həll etməyə çalışan  xəstələr məqsədlərinə tam olaraq  çatmayıblar. 

Müasir üsullardan istifadə etməklə əməliyyatsız sağalmaq da mümkündür. 
 

HƏR XƏSTƏYƏ ÖZƏL MÜALİCƏ TƏTBİQ EDİLİR
 
 Mütləq əməliyyat təklif edilirsə,toxumalara  zərər verməyən texnologiyaların istifadə edilməsi xəstə rahatlığını artırır. Hemoroidlərə heç toxunulmadan köklərinin təyin edilib doppler ilə xüsusi tikişlərlə bağlanmasına yönəldilmiş üsul, xüsusilə həddindən artıq qanaxmaya meylli daxili hemoroidlərdə  daha yüksək nəticələr yaradır. Babasil xəstəliyinin düzgün müalicə edilməsindəki həlledici faktor isə həkimin xəstəyə ən uyğun müalicə üsulunu təyin etməsi və  kompleks müalicə metodu  sərgiləməsidir. Bununla yanaşı babasil xəstəsi  daha sağlam pəhriz və bağırsaq vərdişinə  şüurlu yanaşmalı və müalicə mərhələsində özünün də mühüm rolu olduğunu bilməlidir.
 
 
 HEMOROİDİN ÖHDƏSİNDƏN LİFLİ QİDALAR İLƏ GƏLİN

\Babasil xəstəliyində lifli  qidalanma olduqca xüsusi əhəmiyyət daşıyır. LİFLİ qida qəbuluna başlanan ilk günlərdə bağırsaqlar bu sistemə öyrəşmədiyi üçün, qaz və qarın ağrısı şikayətləri artır. Buna baxmayaraq da  lifli qida istehlakı tədricən artırılır. Gündəlik su qəbulunu da çoxaltmaq lazımdır. Günə bir stəkan ilıq su ilə başladıqdan sonra , bağırsağın sağlam işləməsi  üçün; 

Məsələn, səhər meyvə salatı, zeytun yağı və tam buğda çörəyi, günorta d tərəvəz yeməyi və qatıq seçim edilə bilər. Axşam yeməyində böyük bir boşqab zeytunyağlı kahı salatı və uyğun miqdarda zülal, sonra da kiçik qab balqabaq tumu istehlak edilə bilər. Acı, turş, sirkə, spirtli içkilər və siqaretdən da uzaq durmaq vacibdir. 
 

Vüsalə Əlövsətqızı, Turpkimi.com