Bağçanızda bitkiləri yenidən canlandırmaq istəyirsinizsə, pulunuzu sənaye gübrələrinə xərcləməyin.
Evinizdə olan tullantılarla təbii gübrə hazırlamağın yollarından yazırıq.
TurpKimi.com ev şəraitində gübrə hazırlamağın həm sağlam, həm də sərfəli üsullarını təqdim edir:
Banan qabığı gübrəsi
Banan qabığı kalium ehtiva etdiyi üçün gübrənin hazırlanmasında istifadə ediləcək ən yaxşı qidalardan biridir. Bananda olan mineral azotdan sonra bitkilər üçün ən vacib maddələrdən biridir. Fotosintezdə və dözümlü toxumaların əmələ gəlməsində mühüm rol oynayır. Bundan başqa, solğun görünən çiçəklərinizin və bitkilərin yenidən canlanmasına kömək edir.
Banan qabığı gübrəsi necə hazırlanır?
Banan qabığını doğrayıb su ilə dolu bir qabda 15 dəqiqə ərzində qaynadın. 15 dəqiqə sonra söndürün və soyumağa qoyun. Sonda gübrəni bitkilərin ətrafına tökün. Əgər istəsəniz, qabıqları da ata bilərsiz.
Alma sirkəsi gübrəsi
Alma sirkəsinin içində olan asit bitkilər üçün yaxşı gübrədir. Bu qida sayəsində bitkilər sağlam böyüyür və yarpaqları ləkələnməz. Bitkilərinizi suvarmaq üçün istifadə edəcəyiniz suyun içərisinə bir qaşığa qədər alma sirkəsi əlavə edin. Bu qarışıq ilə ağaclarınızı sulayın və bunu ən azı həftədə bir dəfə təkrar edin.
Yumurta qabığı gübrəsi
Yumurtanın içində olan çoxlu kalsium sayəsində yumurta qabıqları pomidor, bibər və badımcan kimi bitkilərdə çiçəklərin çürüməsinə mane olur.
Yumurta qabığı gübrəsi necə hazırlanır?
Bir neçə yumurta qabığını əzib bitkinin kök hissəsinə qoyun. Yumurta qabığını qurudub əzib toz halına gətirərək də istifadə edə bilərsiz. Sonra isə bu tozu bitkinin ətrafına səpin.
Yosun gübrəsi
Quru və təzə yosunlar bitdikləri ərazilərdə "faydalı" mikrobları özünə çəkir. Yosun gübrəsi ilə bitkilər daha sağlam görünüş qazanacaq və yanmaqdan xilas olacaqdır.
Yosun gübrəsi necə hazırlanır?
Yosunları doğrayıb bir vedrə suya qoyun. Ağzını örtün və gübrələri 2-3 həftə gözlədin. 2-3 həftə sonra bu suyu bitkilərin üzərinə püskürdün. Balaca bitkiyə 2 stəkan su püskürtmək kifayətdir.Əgər bitki orta ölçüdə, ya da böyük ölçüdə isə 4-6 stəkan su verə bilərsiz.
Ağac qabığı gübrəsi
Ağac qabığı çoxlu kalium və fosforla zəngindir. Bu minerallar torpağı zənginləşdirir, qarışqa və həşəratları uzaqlaşdırır. Ancaq bu maddəni asidli torpaqlarda yetişdirilən bitkilərdə işlətməməlisiz. Çünki torpağın PH tarazlığını dəyişə bilər.
Ağac qabığı gübrəsi necə hazırlanır?
Odunun külünü götürüb suya atın. Daha sonra suyu istədiyiniz bitkilərə tökün. Əgər seçim etsəniz, külləri də köklərdən 2 və ya 3 santimetr kənara səpin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 15-07-2019