Bu ağac başqaları ilə yola getmir...
Əslində qoz ağacını hər yerdə əkmək olar və "qoz ağacının altında yatanları cin vurar" mifinin heç bir əsası yoxmuş.
Ancaq bu ağacın bir çox bağbanı çaşdıran bir xüsusiyyəti var.
Fakt budur ki, bitki başqaları ilə "yaxşı yola getmir".
Qoz ağacı əkirsinizsə, o zaman əkinlərin qalan hissəsindən mümkün qədər uzaqda yer seçmək lazımdır.
Bu, 10 metrə qədər yayılan və torpaqdan qida və nəm götürən güclü kök sistemi ilə bağlıdır.
Sıx ağac tacı digər bitkilərin yerini daraldır, bu da onların normal böyüməsinə və meyvə verməsinə mane olur.
Kiçik sahələrin sahibləri bu ağacı əkməsələr yaxşıdır, çünki o, bağdakı bütün yerləri tutacaq, yəni digər bitkilər üçün sadəcə yer olmayacaq.
Üstəlik, evin bilavasitə yaxınlığında bitən qoz ağacı bünövrəni dağıdır.
Qaziler.az / TurpKimi.com