Hazırda əksəriyyətin əziyyət çəkdiyi, amma ciddiyə almadığı problemlərdən biri...
Bağırsaqlarda yaşanan hər hansı deformasiya orqanizmin sağlamlığına mənfi təsir edə və bütün xəstəliklərin təməlini qoya bilər. Ona görə də bağırsaq florası çox vacibdir.
Bağırsaqda olan və həzm prosesinin getməsinə kömək edən canlı orqanizmlərin hamısına bağırsaq florası deyilir. Orqanizmdə olan bu bakteriyalar həzmi asanlaşdırır. Ancaq mədənin üst hissəsi və incə bağırsaqlarda mikroorqanizmlər olmur. Metabolik olaraq ən aktiv bağırsaq yoğun bağırsaqdır. Qidalar mədədə həzm edildikdən sonra incə bağırsağa, ordan da yoğun bağırsağa keçdiyi zaman bu mikroorqanizmlər protein və amin turşularını bir-birindən ayırır. Lakin bağırsaqlarda pH səviyyəsi aşağı düşdüyü zaman metabolizma yaxşı işləmir. Bu məqamda mütəxəssislər su içməyin faydalı olduğunu vurğulayır.
Bundan başqa, bu orqanizmlərin bəziləri yararlı, bəzilər isə zərərlidir. Lakin mikroorqanizmlərin normada olması lazımdır. Əks halda, çox olması ishala, bu isə həddindən artıq bədəndə su itkisinə səbəb olur. Az olduqda isə qəbzliyin yaşanmasına şərait yaradır. Qəbzlik isə bağırsaq düyünlənməsi, köpün yaranması kimi xəstəliklərə yol açır. Bağırsaq florasının normal vəziyyətdə qalmasının ən sadə yolu sağlam qidalanmaqdır.
Bağırsaq florası niyə pozulur?
- Həddindən çox antibiotiklərdən istifadə bağırsaqlardakı faydalı bakteriyaların nəcis yolu ilə atılmasına səbəb olur. Ona görə də mütəxəssislər antibiotik dərmanlar qəbul etməzdən əvvəl təbii antibiotiklərdən faydalanmağı tövsiyyə edir.
- Çoxlu taxıl məhsulları yemək, səhv qidalanmaq, gecə yarısı lif tərkibi yüksək olan qidalar qəbul etmək bağırsaq florasını azaldaraq funksiyalarının yavaşlamasına səbəb olur. Mütəxəssislər tez-tez meyvə yeməyi tövsiyyə edir. Xüsusilə də gecə acıyarkən meyvə yeməyin daha sağlam qidalanma olduğunu vurğulayır.
- Bundan başqa, stress hər xəstəliyin başlanğıcıdır. Psixoloji vəziyyətlə əlaqəli olan stress sinir hüceyrələrinin daha yavaş işləməsinə gətirib çıxarır. Bu da beynə gedən əmr siqnallarını azaldır. Beynin gec əmr verməsi bağırsaqların sağlamlığına mənfi təsir edir.
- Bəzi xəstəliklərin olması bağırsaqların yavaş işləməsinə səbəb olur. Məsələn, davamlı dərmandan istifadə bağırsaq florasının pozulmasına şərait yaradır.
Qeyd edək ki, bağırsaq florası pozulan insanların həzm sistemlərində də problemlər olur və orqanizm qidalardakı dəmirin sorulmasını təmin edə bilmir.
Bağırsaq florasının pozulduğunu göstərən əlamətlər
- Yemək yeyilmədiyi halda qarında şişkinlik və ağrının hiss edilməsi;
- Davamlı köpün olması və sancı;
- Çətin və ya rahat bayıra çıxmaq...rənginin hər iki halda tünd rəgli və kəskin qoxulu olması;
- Səhərlər mədənin bulanması;
- Səbəbsiz yerə yorğunluq və halsızlıq;
- Yediyiniz halda həddindən artıq arıqlamaq;
- İstahın azalması;
Bağırsaq florasındakı pozulmaları necə düzəltmək olar?
- Ən gözəl təbii yol sümük suyudur. Yüksək miqdarda jelatin və təbii yağ tərkibı olan sümük suyu bağırsaqları rahatladır. Bağırsağın divarını və selikli qişasını gücləndirir.
- Probiotik tərkibli ev qatığı bağırsaq florasını tənzimləyir. Orqanizmin və bağırsaqların pH səviyyəsini artırır. Həmçinin ev qatığını çörək otu ilə qarışdırıb hər səhər bir kasa qəbul etdikdə bağırsaq florası düzəlir.
- Hindqozu yağı tərkibindəki kapril turşu sayəsində zərərli bakteriya və virusları orqanizmdən ataraq bağırsaq florasını mənfi təsirlərdən qoruyur.
- Tutma, kombu çayı, alma sirkəsi və ayran kimi qidalar bağırsağın florasına müsbət təsir edir.
Firuzə Alimova / TurpKimi.com
Dərc edilib: 2019