Qurdlardan xilas olmaq mümkündür...
Bağırsaq parazitləri torpaqda, çiy ətdə, çirkli səthlərdə olan və ağıza ötürüldükdən sonra bağırsaqda inkişaf edən mikroorqanizmlərdir.
TurpKimi.com bildirir ki, ən çox uşaqlarda rast gəlinən parazitlərdən evdə daim tətbiq edəcəyiniz təbii vasitələrlə qurtulmaq mümkündür.
Nanə və süd
Bağırsaqdakı qurdlar üçün evdə ən gözəl vasitə ac qarına nanə yarpaqları ilə dadlandırılmış süd içməkdir. Çünki bu vasitə parazitləri öldürüb yox edən təbii vasitədir. Bunun üçün 10 ədəd yaşıl nanə yarpağı, 100 ml süd və 1 xörək qaşığı bal lazımdır. Südü nanəylə birlikdə qaynadın. Soyuduqdan sonra üzərinə bal əlavə edin. Qarışımı səhər yeməyindən 1 saat əvvəl ilıq şəkildə qəbul edin. 7 gündən sonra bu üsulu 2 doz şəklində təkrarlayın.
Çobanyastığı toxumu ilə sədəf çayı
Çobanyastığı və sədəflə hazırlanan bu çay qurdlara qarşı müalicə üçün mükəmməldir, çünki sədəf güclü parazit qovucudur. Bunun üçün 1 çay qaşığı çobanyastığı toxumu, 1 xörək qaşığı quru sədəf yarpağı, 1 stəkan su lazımdır. Qaynadıb süzmək və gün ərzində ilıq şəkildə içmək lazımdır.
Zərdəçal (sarıkök) çayı
Bu qarışımın tərkibində helmintlər və protozoa daxil olmaqla, bəzi patogenlərin böyüməsinin qarşısını alan kurkumin var. Çünki sarıkök antioksidantlarla zəngindir və iltihabın qarşısını alır. Bunun üçün 150 ml su və 1 çay qaşığı sarıkök lazımdır. Suyu qaynadın və sarıkök tozunu əlavə edin. 10-15 dəqiqə dənləndikdən sonra yemək arası gündə 3 fincana qədər içmək olar.
Epazot çayı
Elmi adı “dysphania ambrosioides” olan epazot çayı antelmintik (soxulcanları öldürən) təsirə malikdir. Bunun üçün 250 ml su və 1 xörək qaşığı epazot yarpağı və toxumu lazımdır. Bitkini qaynar suya əlavə edib 10 dəqiqə dəmləyin. İsti halda süzüb için.
Zeytunyağı ilə sarımsaq
Sarımsaq bağırsaq qurdlarının yox edilməsi üçün ideal vasitədir və çiy şəkildə də yeyilə bilər. Zeytun yağı isə antelmintik xüsusiyyəti ilə gündəlik qəbul edilə bilər. Bunun üçün 500 ml zeytun yağı, 1 budaq rozmarin və 3 diş soyulmuş sarımsaq lazımdır. Təqribən 700 ml bir şüşə qaba soyulub əzilmiş sarımsağı tökün. Üzərinə yağ və rozmatini əlavə edin. Ağzını bağlayıb ən azı 10 gün quru yerdə saxlayın. Bu yağdan yemək bişirərkən, salat və sup yeməklərində istifadə etmək olar.
Brüssel kələminin suyu
Tünd yaşıl yarpaqlı tərəvəzlər təzmiləyici təsiri ilə orqanizmdəki toksinləri təmizləməyə və bakteriyaları yox etməkdə çox faydalıdır. Bunun üçün 100 qram Brüssel kələmi, 100 qram kök, 100 qram kahı yarpağı lazımdır. Əvvəlcə tərəvəzləri yaxşıca yuyun və meyvə sıxan qabda qarışdırın. Lazım olan qatılığı alana kimi qarşdırın. Hazırlandıqdan sonra dərhal için.
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 26-06-2021