İtburnunun bitməyən faydaları...
Qırmızı rəngiylə gülə bənzəyən xoş qoxulu bir bitki olan itburnu yayın son aylarında yetişməyə başlayır.
TurpKimi.com xəbər verir ki, qədim zamanlarda hindistanlılar və misirlilər tərəfindən istifadə olunan itburnu çayı, mürəbbəsi və marmeladı ilə sevilir.
Tərkibindəki dəmir qadın və uşaqlarda meydana gələn qan azlığına faydalıdır. Püre şəklinə gətirildikdə, tərkibində olan likopen və karotenoid maddələrinin aktivləşməsi nəticəsində göz xəstəliklərin başlamasının qarşısını alınır, ya da qoruyucu dəstək verir. A vitamini yüksək olduğu üçün dərinin yaşlanmasının qarşısını alan eləstiki quruluşunu qoruyur. Kollagen nisbəti yüksəkdir, civzə və hər hansı yaradan qaynaqlanan izlərin tez sağalmasına kömək edir. Bu maddə günəş yanıqlarına da çox təsirlidir.
C vitamini və antioksidant xəzinəsi olan itburnu immun sistemini normallaşdırır və güclənməsini təmin edir. Eyni zamanda K, A, E, B vitamini, likopen, dəmir və maqneziumla orqanizmə güc verir.
Qəbzlik bir insanın yaşadığı problemlərdən biridir. İtburnu bu problemin öhdəsindən gələn təbii müalicə üsuludur. Pektin və laktesif tərkibli itburnu davamlı qəbul edildikdə bağısaqların daha yaxşı işləməsini təmin edir. Bağırsaqda olan parazitlərin də təmizlənməsində misilsiz rol oynayır.
Tərkibində olan antioksidant maddələr zərərli hüceyrələrə qarşı qoruyucu divar çəkərək böyümələrinin qarşısını alır.
Pis xolesterolun aşağı düşməsi üçün itburnunu çay şəklində içməklə faydasını görə bilərsiniz.
İtburnunun qoruduğu xəstəliklər:
- Öd daşı;
- Sidik yolu xəstəlikləri;
- Böyrəklərdəki narahatlıq;
- Şəkər xəstəliyi;
- Xolesterol;
- Ağ ciyər xəstəlikləri;
- Yorğunluq;
- Yüksək hərarət;
İtburnu orqanizmin sidik turşusuna olan ehtiyacını qarşılayır. Həzm problemlərini tez bir şəkildə həll edir. Odur ki gündə 2 fincaq itburnu çayı içmək kifayət edir.
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 01-06-2021