Orqanizmin ikinci beyni - Bağırsaqları necə gücləndirək?


Orqanizmin  ikinci beyni sayılan bağırsaqlar sağlam və xoşbəxt orqanizm üçün yararlı olan milyardlarla faydalı bakteriya daşıyır. Bəs, sağlam bağırsaq florası üçün necə qidalanmaq lazımdır?

bagirsaqlari-guclendiren-qidalar
25.03.2023 21:08 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, bağırsaqları təmizləyərək həzm və ifrazat sistemini tənzimləyən  qidalar haqqında məlumatı oxuculara çatdırır. 

Sağlam orqanizm üçün əvvəlcə həzm sistemini təkmilləşdirmək lazımdır. Bu barədə antibiotik təsiri yaradan sarımsaq ən mühüm qidadır.  Sarımsaq tərkibində olan vitaminlə bağırsaqlarda müdafiə mexanizmi yaradır. Tərəvəz ilə bişirilən xörəklərə bişməyə yaxın vurulan 1 baş sarımsaq və ya yeməklərin yanında istehlak edilən çiy sarımsaq bağırsaqları təmizləyir və problemlərin yaranmasına  mane olur.

Sarımsağın mümkün qədər çiy istehlak edilməsində fayda var. Əgər bişiriləcəksə, temperatur 60 dərəcədən çox olmamalıdır.  Çünki yüksək temperaturda sarımsağın tərkibində olan "Allicin" məhv ola bilər.

Bağırsaq xəstəliklərinə qarşı qoruyucu olan "Kələm turşusu"

Ev şəraitində və az duzlu hazırlanan  kələm turşusu bağırsaqlar üçün təbii təmizləyicilərdən biridir. Tərkibindəki vitamin və minerallarla faydalı qış tərəvəzlərindən biri olan kələm bişmiş, çiy və ya turşu halında yeyilərsə bağırsaqları təmizləyir və yaxşı işləməsi üçün güclü probiotik mənbəyidir.

Bağırsaq sağlamlığı üçün vücuddakı yararlı bakteriyaların sayını artırmaq lazımdır. Faydalı bakteriyaların artırılmasında lif tərkibli qidalar mühüm rol oynayır. Qış aylarının əvəzolunmaz qidası kəvər  inülin lifi ilə zəngindir. İnülin bağırsaqlarda sağlam bakteriyalara çevrilir, yaxşı bakteriyaların qidalanıb çoxalması üçün şərait yaradır.

 Sümük suyu bağırsaq divarlarını bərpa edir

Bağırsaqlar işləyərkən  bakteriya, toksin, virus, ağır metal kimi bir çox zərərli maddələrin təsirinə məruz qalır. Bunun üçün bağırsaqları gücləndirməliyik.

Sağlam bağırsaq florasının formalaşmasında sümük suyunun əhəmiyyəti böyükdür.

Vitamin və minerallardan başqa, jelatin, təbii yağlar ehtiva edən sümük suyu bağırsaqların bərpası və güclənməsi üçün olduqca faydalıdır. Sümük suları yeməklərə və şorbalara əlavə olunaraq istehlak edilə bilər.

 Püstə bağırsaqlarda hərəkətliliyi sürətləndirir

Püstə bağırsaqlar üçün sağlamlıq anbarıdır. Bağırsaq əzələlərinin güclənməsi, nizamlı işləməsinə müsbət təsir edir. Gün ərzində ara pay olaraq 12-15 ədəd istehlak edilən püstə gündəlik lif miqdarını təmin edir və faydalı yağ turşuları də bağırsaq hərəkətlərini sürətləndirir.

Aparılan son araşdırmalara görə, lif baxımdan zəngin qidalar bağırsaqların fəaliyyətinə müsbət təsir edir. Püstə kimi polifenol ehtiva edən qidalar bağırsaqlarda yaxşı bakteriyaları artırıb pis bakteriyaların azalmasına dəstək olur.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 11-04-2020