Evdə özünüz hazırlayın...
İsti mövsümdə dəri əlavə qulluq tələb edir. Bu məsələdə dəriyə kömək etməyin sadə yollarından biri təbii xiyar tonikindən istifadə etməkdir.
Xiyardan hazırlanan tonik dərini nəmləndirir, qıcıqlanmanı aradan qaldırır və istənilən dəri tipinə uyğundur.
Hazırlamaq üçün təzə xiyarı sürtgəcdən keçirin, suyunu sıxın və marlidən süzün. Bir az mineral su və bir neçə damcı aloe suyu əlavə edin. Üç günə qədər soyuducuda saxlayın, səhər və axşam pambıqla üzünüzə çəkin.
Xiyar toniki üz dərisinin tonusunu artırır, təravətləndirir və dəriyə sağlam görünüş bəxş edir. Bir sözlə, əlavə xərclər olmadan üz dərisinə qayğı göstərməyin mükəmməl yolu!
Firuzə Alimova / TURPKİMİ.COM