Meyvə və tərəvəzlərin əsasən çiy şəkildə yeyilməsi vitamin itkisinin qarşısını alır. Beləki, bəzi qidalar nə qədər istiliyə məruz qalarsa, o qədər vitamin dəyərini itirir.
Məsələn, C vitamini baxımından zəngin brokolini 3-4 dəqiqə qaynadarkən və ya buxarda bişirərkən C vitamini dəyərinin təxminən 25 faiz azalır. Daha uzun müddət bişirmək isə (10-20 dəqiqə) vitaminin 50 faiz itməsinə gətirib çıxarır. Ona görə də meyvə və tərəvəzlərin vitaminlərindən yararlanmaq üçün çox az bişmiş və ya çiy şəkildə istehlak etmək lazımdır. Əvvəldən bişirilən və dondurularaq satılan tərəvəzlər normal C vitamini dəyərinin isə yalnız 1/3-ni ehtiva edər.
TurpKimi.com xəbər verir ki, türkiyəli həkim Fevzi Özgönül tərəvəzlərin qidalılıq dəyərindən maksimum yararlanmaq üçün bəzi bilgiləri oxucularla bölüşüb. Mütəxəssis bidirir ki, xüsusilə salat şəklində yeyilən tərəvəzləri bişirmədən istehlak etmək, meyvələri də təzə olaraq yeməklərlə birlikdə yemək daha çox vitamin qəbul etmək deməkdir.
Yazda yaşıl yarpaqlı tərəvəzlərdən daha çox istifadə edirik. Kahı, ispanaq, cəfəri, reyhan kimi göyərtilərlə yanaşı, kök, quşqonmaz, ənginar, paxla, göy noxud, roka, cincilim, pərpətöyün, təzə sarımsaq, bibəriyə, tərə, kəklikotu və təzə soğan süfrələrdə üstünlük təşkil etməlidir.
Yazın ilk ayı naringi və portağalın yerini banan və alma tutmağa başlayır. Günəşli günlərin artması ilə pomidor da yeyilə biləcək tərəvəzlərin siyahısına daxil olur.
Bahar aylarında bol miqdarda yaşıl rəngli tərəvəzlərə üstünlük verməkdə fayda var. Göy noxud, paxla, quşqonmaz, brokoli, qaraciyərin dostu ənginarı həftənin 6 günü yemək lazımdır. Hər yeməkdə istifadə edəcəyimiz bibər, tərə, cəfəri, kök, günəşdə yetişən pomidor, roka da süfrələrdən əskik olmamalıdır.
Çox qısa ömrü olan ənginarın isə yarpaqları ilə birlikdə bişirilməsi məsləhətdir. Ənginarın yalnız dib hissəsini istifadə edirlər, ancaq yarpaqlarının dib qismindən də istifadə etsəniz qaraciyər üçün olan faydasından daha çox yararlana bilərsiz.
Ətli, toyuqlu və ya qiyməlı paxla da çox gözəl bir paydır. Yanında plovla yedikdə həm yüksək enerji mənbəyidir, həm də bəsləyicidir. Bahar aylarında həm zülal, həm də vitamin və mineral almaq üçün paxladan istifadə etmək lazımdır. Qatıqla və ya bol pomidorla yeməklə faydalarından daha çox yararlanacaqsız. Xüsusilə, daha çox hərəkətdə olan uşaqların zülal ehtiyacını da ödəyəcək. Çünki uşaqların baharda çöldə oynayarkən çox miqdarda enerjiyə ehtiyacı da var.
Enerji mənbəyi qoz badam, fındığı da unutmamaq lazımdır. Həm enerji, həm omeqa-3 qaynağı olan bu çərəzləri də ara paylardan əskik etməyək.
Bildiyimiz kimi, bağırsaqlar orqanizmin 2-ci beynidir. Bağırsaqların və həzm sisteminin ən çalışqan fərdləri isə probiotik bakteriyalardır. Bahar ayında da orqanizmin yenilənməsi və güclənməsi üçün probiotiklərə ehtiyac var. Kələm turşusu, sarımsaq, soğan, pendir, qatıqdan əlavə apteklərdə hazır probiotik möhkəmlətmələrindən də istifadə edə bilərsiz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com