Bakı metrosunda gediş haqqı ilə bağlı - YENİLİK


Yenilik gözlənilir...

baki-metrosunda-gedis-haqqi-ile-bagli-yenilik
08.04.2021 12:33 1 dəq oxuma

“Bakı Metropoliten” QSC-də mobil telefon və s. elektron vasitələrdən istifadə etməklə gediş haqqının ödənilməsi istiqamətində işlər aparılır.

TurpKimi.com xəbər verir ki, bu barədə qurumdan bildirilib.

“Bununla belə, konkret olaraq hansısa sistemin və yaxud üsulun tətbiqindən söz açmaq erkəndir. Bununla bağlı hər hansısa əsaslı addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq", - səhmdar cəmiyyətindən qeyd olunub.

Xatırladaq ki, bir çox ölkələrdə bütün nəqliyyat sistemində olduğu kimi metroda da NFC (Near Field Communication – Yaxın Məsafəli Əlaqə) sistemindən istifadə edərək ödəniş həyata keçirilir. Bu isə plastik kartlardan istifadə etmədən yalnız mobil telefon, qələm, üzük və digər əşyalar vasitəsi ilə təmassız ödəmə deməkdir.

Report.az / Turpkimi.com