Bakıda bu tarixdən hava kəskin soyuyur


Fevralın 16-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.

bakida-bu-tarixden-hava-keskin-soyuyur
12.02.2024 23:23 1 dəq oxuma

Fevralın 16-ı gecədən etibarən havanın temperaturu - 1 dərəcəyə düşəcək. Yağıntı olacaq. Bəzi yerlərdə sulu qara keçəcək.

Fevralın 17-si gündüz havanın temperaturu 0 dərəcə olacaq. Gecə isə 2 dərəcə şaxta olacaq. Fevralın 17-də sulu qar yağmağa davam edəcək.
 
Fevralın 18-si gündüz 2 dərəcə isti, gecə 1 dərəcə şaxta olacaq. Fevralın 18-i də paytaxtda sulu qar yağmağa davam edəcək.

Yalnız fevralın 19-dan etibarən yağıntı kəsiləcək.

Havanın temperaturu tədricən artacaq, gecələr + dərəcə temperatur olacaq.

TurpKimi.com