Bakıda hərbi orkestrlərin yürüşləri olacaq


26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

bakida-herbi-orkestrlerin-yurusleri-olacaq
24.06.2022 22:50 1 dəq oxuma

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi orkestrlər iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;
- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;
- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti;
- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.
Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:
- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);
- AzNeft dairəsindəki bayraq meydanında;
- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);
- Zabitlər parkında;
- Koroğlu parkında;
- Fəvvarələr meydanında.

TurpKimi.com