Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də arabir yağış yağacağı gözlənilir.

bakida-intensiv-yagis-yagacaq
13.09.2025 22:39 1 dəq oxuma

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Küləkli hava şəraitinin sentyabrın 14-ü də davam edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi  ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 20-25, dağlarda gecə 4-7, gündüz 7-12 dərəcə isti olacaq.

TurpKimi.com