Bakıda koronavirus şübhəsiylə karantinə alınanlar haqda - İkisi azərbaycanlıdı


3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edib.

bakida-koronavirus-subhesiyle-karantine-alinanlar-haqda
31.01.2020 16:49 1 dəq oxuma

Bakıda koronavirusa yoluxmada şübhəli bilinən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

TurpKimi.com Trend-ə istinadla bildirir ki, bu barədə Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır:

"Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb, analizlərin cavabları mənfi gəldiyi üçün evə buraxılıb. Yanvarın 27-də mərkəzə daxil olan çinli tələbə isə hazırda müalicəsini davam etdirir. Onun da analizlərinin cavabı mənfi gəlib, özünü normal hiss edir və yaxın günlərdə evə buraxılacaq".